Banner

“Əkin sahələrinin yandırılmasının ekoloji və hüquqi nəticələri” layihəsinin növbəti tədbiri Salyanda keçirilib

Xəbərlər 27 Avqust 2024 10:59 Oxunub 138
“Əkin sahələrinin yandırılmasının ekoloji və hüquqi nəticələri” layihəsinin növbəti tədbiri Salyanda keçirilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Uzun illər insanlarda belə təsəvvür vardı ki, taxıl zəmiləri biçildikdən sonra tarlaların yandırılması iqtisadi cəhətdən faydalıdır. Guya bu zaman zərərverici həşəratlar məhv olur, torpaq əlavə gübrə alır, növbəti ildə məhsuldarlıq artır.

Müasir elmi araşdırmalar və təcrübə göstərir ki, əkin sahələrinin yandırılması nəinki faydalı deyil, əksinə zərərlidir. Yanğın zamanı torpağın faydalı qatı məhv olur, mikrohüceyrələr yanır, torpağın keyfiyyəti və məhsuldarlığı aşağı düşür. Uzun illər formalaşmış ənənədən uzaqlaşmaq, torpağın mühafizəsini təmin etmək üçün tarlaların yandırılmasına son qoyulmalıdır. Belə əməllər ekolojiyanı korlayır, ərzaq bolluğuna mənfi təsir göstərir, meşə yanğınlarına, digər əkin sahələrinə ciddi ziyan vurur.

Bu sahədə fermerlərin maariflənməsini təmin etmək, tarlaların biçimdən sonra  yandırılmasını ekoloji və hüquqi nəticələri haqqında məlumatları yaymaq məqsədilə Mühit" Ekoloji Mühafizə İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Əkin sahələrinin yandırılmasının ekoloji və hüquqi nəticələri” layihəsini həyata keçirir. Əsasən taxılçılıq rayonu hesab edilən İsmayıllı, İmişli, Xaçmaz, Şamaxı, Şabran rayonlarında fermerlər arasında belə tədbirlər uğurla həyata keçirilmişdir. Növbəti tədbir 46 min hektar taxıl əkin sahəsi olan Salyan rayonunda təşkil edilmişdir. 30 nəfərədək fermerin iştirak etdiyi tədbiri Mühit" Ekoloji Mühafizə ictimai birliyin sədri Əzizağa Hünbətəliyev keçirilən tədbirin mahiyyətini izah etmiş, tarlaların biçimdən sonra yandırılmasının ekolji, iqtisadi, aqrotexniki, və maddi zərərini izah etmiş, COP 29 ərəfəsində ölkədə  ekoloji problemləri xüsusi diqqət verildiyini bildirmişdir.

Salyan rayon icra hakimiyyətinin şöbə müdirinin müavini Məhərrəm Məmmədov rayonda kənd təsərrüfatının inkişafına göstərilən qayğıdan, torpaqların qorunması sahəsində görülmüş işlərdən məlumat vermiş, layihənin əhəmiyyətini qeyd etmişdir.

AR Fövqalada Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarət Xidmətinin  region üzrə əməkdaşı Bilal Əbilov nazirliyin əkin sahələrinin qorunması ilə bağlı apardığı proflaktik işlərdən, yanğın zamanı görülməli  olan təcili tədbirlərdən danışdı.

Ekolojiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı regional idarəsinin əməkdaşı Abasqulu Abberin ekoloji müxtəlifliyin qorunması, torpağın münbitliyinin saxlanması, eləcə də, ekoloji təhlükəsizliyin təmin edilməsi üçün görülən işlərdən danışdı, nazirliyin bu sahədə ki, fəaliyyətini diqqətə çatdırdı.  

Salyan Aqrar İnkişaf Mərkəzinin direktor müavini İlham Bəşirov Kənd Təsərrüfat Nazirliyinin taxılçılığın inkişafı ilə bağlı gördüyü işlər haqqında geniş məlumat verdi. QHT-lərin fermerlərin məlumatlandırılması ilə bağlı keçirildiyi tədbirləri təqdirəlayiq hesab etdi.

Tədbirə xüsusi olaraq dəvət olunmuş Almaniyada yaşayan həmyerlimiz tarixçi alim Ələsgər Siyablı ekoloji mühitin qorunması sahəsində Almaniya təcrübəsindən danışdı, COP 29 -un ölkəmizdə keçirilməsinin əhəmiyyətini xüsusi qeyd etdi. Bu prosesdə dövlət orqanlarının, ictimai birliklərin, fermerlərin birgə iş təcrübəsindən örnəklər göstərdi.

Layihənin eksperti hüquqşünas Aydın Kərimov əkin sahələrinin yandırılmasının hüquqi nəticələri və mövcud qadağalar haqqında məlumat verdi. Əkin sahələrinin yandırılmasına görə fermerlərin məsuliyyət daşıdığını izah etdi.

İştirakçıların sualları cavablandırıldı, onları maraqlandıran məsələlərlə bağlı geniş müzakirə aparıldı.

Sonra iştirakçılar tarlaların kənarlarında, yanğın riskinin çox olduğu yerlərdə “Odla ehtiyyatlı olun”, Əkin sahələrini yandırmaq qadağandır”, “Tarlaları yanğından qoruyaq” lövhələrini quraşdırdılar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh