Ekspress Avtobus xidmətlərində dəyişiklik var – XƏBƏRDARLIQ

20 və 21 iyun tarixlərində Ekspress Avtobus xidmətlərinə müəyyən dəyişikliklər ediləcək. Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az-a Azərbaycan Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildiriblər. Məlumata görə, iyun ayının 20 və 21-i keçiriləcək Bakı 2015 YolVelosiped Yarışı ilə əlaqədar olaraq, altı ekspress avtobus marşrutlarına (X14, X15, X16, X18, X19, X20) müəyyən dəyişikliklər ediləcək. 20 iyun saat 05:30-dan 21:00-dək və 21 iyun saat 03:30-dan 21:00-dək X14, X15, X16, X18, X19, X20 nömrəli ekspress avtobuslar “28 May” və “Elmlər Akademiyası” metro stansiyalarından deyil, Azneft dairəsindən heç bir ara dayanacağı olmadan xidmət göstərəcəklər. Tamaşaçılara Azneft dairəsindən yaxın olan “İçəri Şəhər” metro stansiyasından istifadə etmələri tövsiyə olunur. Ekspress Avtobusların fəaliyyəti 20 və 21 iyun tarixlərində 21:00-dan sonra əvvəlki qaydada bərpa olunacaq.
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək












