Tank əleyhinə bölmələrində ixtisas toplantısı keçirilir - VİDEO

Vətən müharibəsində iştirak etmiş Əlahiddə Ümumqoşun Ordunun tank əleyhinə bölmələrinin heyətləri döyüşlər zamanı düşmən texnikalarının dəqiqliklə məhv edilməsi tapşırıqlarını uğurla yerinə yetiriblər.
Müdafiə Nazirliyindən Avtosfer.az-a bildirilib ki, Əlahiddə Ümumqoşun Orduda tank əleyhinə bölmələrlə keçirilən ixtisas toplantısında Vətən müharibəsində iştirak etmiş heyətlərin döyüş təcrübəsi öyrənilir və praktiki atışlar icra edilir.
İxtisas toplantısının birinci mərhələsində Naxçıvan Qarnizonunun Simulyasiya mərkəzində xüsusi proqram təminatına malik kompüter və məşq qurğuları üzərində praktiki atışlar keçirilib.
Şəxsi heyətin taktiki, texniki və ixtisas hazırlığının yüksəldilməsi, metodiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən toplantının ikinci mərhələsində isə heyətlərin səhra bacarıqları yoxlanılıb.
Hazırda davam edən toplantılarda heyətlərin tank təhlükəli istiqamətlərdə açılma həddlərini tutması, tank əleyhinə dəzgahlı qumbaraatanlardan düzünə və yarımdüzünə tuşlama ilə yaxın və uzaq məsafələrdə hədəfləri məhv etməsi vərdişləri praktiki atışlarla təkmilləşdirilir.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












