Ələt Azad İqtisadi Zonasında hava limanının tikilməsi təklif olundu

“İnşallah, yaxın günlərdə, gələn həftə deputatların ilk qrupunun Ələt Azad İqtisadi Zonasına ziyarəti gerçəkləşəcək”. Avtosfer.az -ın xəbərinə görə, bunu bu gün Milli Məclisdə "Ələt Azad İqtisadi Zonası haqqında" qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Razi Nurullyayev bildirib.
Razi Nurullayev deyib ki, hamımız gözümüzü Ələtə tikmişik ki, on minlərlə iş yeri yaradacaq və Azərbaycanı ixracatçı bir ölkəyə çevirəcək: “Bizim əlimizdən nə gəlirsə, tez və çevik edək ki, işlər daha da sürətlənsin, iqtisadi zonanın cəlbediciliyi və əlçatanlığı artsın. Bu elə də asan deyil. İqtisadi zonanın dünya okeanına çıxışı olmadığına görə biz xeyli güzəştlər hesabına sərmayələr cəlb etməliyik. Ələt Azad İqtisadi Zonasının müvəqqəti idarəetmə qurumunun sədri Valeh Ələsgərovun da çıxışında bunu gördük. Elə bu məqamdan çıxış edərək demək istəyirəm ki, Ələt azad iqtisadi zonasında hava limanının tikintisini də gerçəkləşdirməliyik ki, bu cəlbediciliyi artıraq. Hava yükdaşımalarının birbaşa zonada yerləşməsi zonanı daha cəlbedici edə bilər”.
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ












