Əli İnsanovun məhkumluğu götürülüb

Sabiq səhiyyə naziri, Haqq Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanovun məhkumluğunun götürülməsi ilə bağlı müraciəti üzrə məhkəməsi keçirilib.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, Binəqədi rayon Məhkəməsində keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, onun müraciəti təmin edilərək məhkumluğu üzərindən götürülüb.
Qeyd edək ki, Əli İnsanov 2005-ci il oktyabrın 20-də Milli Məclisə seçkilər ərəfəsində hakimiyyəti zorla ələ keçirmə və kütləvi iğtişaşların təşkilinə hazırlıq kimi ittihamlarla həbs edilib, sonradan ona qarşı vəzifə və iqtisadi cinayətlər törətməsi ittihamları da irəli sürülüb. Məhkəmə tərəfindən Əli İnsanov 11 il müddətinə azadlıqdan məhrum edilib.
Azadlığa çıxmağına az qalmış Əli İnsanov barəsində narkotik vasitələrin dövriyyəsi, cəzaçəkmə müəssisəsində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması maddəsi ilə yeni ittiham irəli sürülüb. 2016-cı ildə yeni ittihamlarla həbs müddəti 7 il 5 gün artırılıb.
Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin mart ayında imzalanan əfv sərəncamı ilə Əli İnsanov azadlığa buraxılıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












