Elşən Məmmədovun ölkədən çıxışına qadağa qoyuldu

Azərbaycan Estetik Təbabət Assosiasiyasının sədri Elşən Məmmədovun ölkədən çıxışına məhdudiyyət qoyulub.
Avtosfer.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, Elşən Məmmədovun direktoru olduğu "Proline İnnovation Group" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) və sədri olduğu Azərbaycan Estetik Təbabət Assosiasiyasına görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə külli miqdarda vergi borcu yaranıb.
İdarə tərəfindən 1974-cü il tarixində Göyçay rayonunda anadan olmuş Elşən Məmmədova Yasamal rayonunda qeydiyyatda olduğu ünvanına borcun ödənilməsi üçün məktub göndərilib. Lakin borc ödənilməyib və idarə tərəfindən məhkəməyə müraciət olunub.
Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iclasa gəlməyib və bunun səbəbləri barədə məlumat verməyib.
Məhkəmənin hökmü ilə Elşən Şahmar oğlu Məmmədovun ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılıb.
Məlumata görə, Elşən Məmmədovun ümumilikdə 30 min manatdan çox vergi borcu var.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












