Əməkdar artist prorektoru məhkəməyə verdi: Günahsız hesab edildi - FOTO

Yasamal Rayon Məhkəməsində Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Elmira Pənahova barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətə baxılıb.
Avtosfer.az xəbər verir ki, Elmira Pənahovanı əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sabiq kafedra müdiri Fərhunə Atakişiyeva məhkəməyə verib. Fərhunə Atakişiyevanın iddiasına görə, Elmira Pənahova çalışdığı akademiyada əməkdaşlarının üzv olduğu “WhatsApp” qrupunda onun şəxsiyyətinə toxunan bir xəbər paylaşıb. Orada onun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən rüşvətə görə qovulduğu barədə məlumat verilib. Xüsusi ittihamçı iddia edib ki, Elmira Pənahova bir neçə il əvvəl təkzib verilmiş xəbəri qrupa qəsdən ataraq onu nüfuzdan salmaq istəyib. Məhkəmə xüsusi ittihamçının şikayətini icraata qəbul edib. Bir neçə ay davam edən məhkəmə araşdırması nəticəsində ittiham olunan şəxsin günahsız olduğu elan olunub. Məhkəmə belə qənaətə gəlib ki, sözügedən qrup yazışmasında Fərhunə Atakişiyeva haqqında rüşvətlə bağlı məlumat və onun təkzibi dərc olunub. Yəni həmin qrupda Fərhunə Atakişiyevaya qarşı böhtan xarakterli fikir bildirilməyib. Hökmə əsasən, Elmira Pənahovanın əməlində cinayət tərkibi olmadığına görə ona bəraət verilib.
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA












