Erməni nazir jurnalisti döydü - VİDEO

Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Akop Arşakyan jurnalisti döyüb.
Axar.az xəbər verir ki, bununla bağlı görüntüləri erməni mətbuatı yayıb.
Bildirilib ki, Arşakyan kafelərin birində arvadı ilə nahar edərkən jurnalist Paylak Fahradyan əlində kamera ilə onlara yaxınlaşıb və nazirə bir neçə sual verib.
Bir müddət sonra Arşakyan ikinci mərtəbəyə qalxaraq jurnalistin sifətinə zərbə vurub və noutbukunu sındırmaq istəyib.
Fahradyan daha sonra Feysbuk səhifəsində bildirib ki, Arşakyandan vaxtını niyə kafedə keçirdiyini soruşub. Nazir də gecələr işlədiyini və jurnalistdən kamerasını söndürməsini istədiyini deyib. Daha sonra isə onu təhdid edib.
Ermənistan Xüsusi İstintaq Xidməti nazirin jurnalistə hücumu ilə bağlı iş üzrə materiallar hazırlayır.
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq
Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO
İşdən çıxarılan icra başçısı məşhur şəxsin QARDAŞIDIR
15 sentyabr: Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı-Kuryk bərə xətti ilə səyahət Azərbaycana nə qazandıracaq? - DEPUTAT
Paytaxtın bu küçələrində təmir işləri YEKUNLAŞIB
DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib: Digər müttəhim kimdir?











