Ermənilər Cəbrayılda tarixi abidəni minalayıb - FOTO

Ermənilər Cəbrayıl rayonunun Dağ Tumas kəndində yerləşən, XIII-XIV əsrlərə aid edilən “Başıkəsik gümbəz”in ətrafını minalayıb.
Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələrinin nəzarətinə keçən kənd Vətən müharibəsi dönəmində ermənilərin müşahidə postuna çevrilib. Ermənilər kəndi tərk edərkən tarixi abidənin ətrafını minalayıb.
Altı əsrdən çox yaşı olan gümbəz inşa olunduğu illərdə tikintisi yarımçıq qaldığına və üstü açıq olduğuna görə “Başıkəsik gümbəz” adlanıb. Abidənin hündürlüyü 12 metrə, diametri 5 metrə çatır. İşğaldan qabaq gümbəz bərpa edilsə də, erməni silahlı qüvvələri tərəfindən divarları və ətrafı dağıdılıb.
Qeyd edək ki, 1993-cü ildə işğal edilən Dağ Tumas kəndi 2020-ci il oktyabrın 23-də azad olunub.
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu













