Erməniləri qəzəbləndirən geridönüş: Ovannisyan ABŞ-dan İrəvana qayıtdı - VİDEO

44 günlük müharibədə rüsvayçı şəkildə məğlub olan Ermənistan ordusunun saxta təbliğat maşınının simasına çevrilən, “taktiki olaraq geri çəkilmə” yalanının banisi olan Artsrun Ovannisyan ölkəsinə qayıdıb.
Bu barədə sosial şəbəkənin Ermənistan seqmentində video yayılıb.
A.Ovannisyanın ABŞ-a gedişi kimi, gəlişi də qalmaqal doğurub. Belə ki, sosial şəbəkələrdə erməni istifadəçilər Ovannisyanın “biznes klass”da (biletin qiyməti təxminən 4 min dollar) uçmasını sərt tənqid ediblər. A.Ovannisyanın təyyarədə təxminən 2 milyon erməni dramı dəyərində yerdə oturması onsuzda müharibədəki saxta uğurları “elan etməsi” ilə məşhurlaşan erməni hərbçinin korrupsiya, qanunsuz fəaliyyətlərlə dolu keçmişini üzə çıxarıb.
Sosial şəbəkənin erməni seqmentində Ovannisyanın “biznes klass”da keçmiş Müdafiə naziri David Tonoyanla əlbir olaraq qurduğu qanunsuz biznesdən qazandığı pullarla uçduğu bildirilib.
Tarixə misilsiz ikiüzlülük və riyakarlıq abidəsi kimi düşən bu şəxs 44 günlük müharibə dövründə Ermənistan hökumətinin və Müdafiə Nazirliyinin xalqı üçün qurduğu “tamaşa”da baş rolu ifadə edənlərdən biri olub. Erməni xalqı cəbhədəki qorxunc itkilərin canlı şahidi olduğu bir vaxtda Artsrun Ovannisyanın təqdim etdiyi erməni ordusu cəbhədə “böyük şücaət göstərir” və nədənsə demək olar ki, hər gün “hərb tarixinə düşən strategiya”nı icra edərək “taktiki olaraq geri çəkilirdi”.
Lakin Azərbaycan dövləti və Müzəffər ordumuz qazandığı parlaq qələbə ilə Ovannisyanın şəxsində bütün riyakarların, erməni yalanlarının, saxta təbliğat maşınının iç üzünü nəinki bütün dünya, hətta erməni xalqının gözü qarşısında ifşa etdi.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












