Ermənistan Azərbaycanın COP17-də iştirak edəcəyinə ümid edir

Ermənistan 2026-cı il oktyabrın 18-30-da İrəvanda keçirilməsi planlaşdırılan BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının 17-ci Tərəflər Konfransında (COP17) Azərbaycan nümayəndə heyətinin iştirakına ümid edir. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın ətraf mühit naziri Ambardzum Matevosyan ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
"Biz Azərbaycan nümayəndə heyətini qəbul etməyə hazırıq. Bütün üzv dövlətlər tədbirin tarixləri barədə məlumatlandırılıb. Rəsmi dəvət hələ göndərilməyib, lakin o, yaxın zamanda göndəriləcək. Düşünürəm ki, çox sayda yüksək vəzifəli məmur və nazir iştirak edəcək. Hansı ölkələrin bunu təsdiqləyəcəyi barədə danışmaq hələ tezdir", - nazir qeyd edib.
Onun sözlərinə görə, COP17-də 196 üzv dövlət iştirak edir və dəvət edən tərəf təkcə tədbirə sədrlik edən Ermənistan deyil, həm də BMT-dir. Dəvətnamələr üzv dövlətlərə birgə göndəriləcək: "Biz 196 ölkənin hamısını dəvət edirik. Tədbirin mövzularından biri ümumi ekoloji problemlər üzərində birgə işləməkdir və heç bir ölkə bu işdən kənarda qalmamalıdır. Biz bütün ölkələri və nümayəndə heyətlərini qəbul etməyə hazırıq".
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












