Ermənistan İcevan-Qazax istiqamətində nə edir? - Paşinyandan son dəqiqə AÇIQLAMASI

Ermənistanın baş naziri Nikol Paşinyan İcevan-Qazax istiqamətində yeni infrastruktur layihələrinin həyata keçiriləcəyini bəyan edib.
Avtosfer.az xəbər verir ki, İrəvanda keçirilən “Ermənistan və dünya: risklər və imkanların kəsişməsində” adlı konfransda çıxış edən Paşinyan maraqlı məqamlara toxunub.
O bildirib ki, Ermənistan-Türkiyə sərhədində yerləşən bəzi keçid məntəqələrində körpülərin tikintisinə ehtiyac yaranacaq.
“Yəqin ki, Armavir vilayətindəki ‘Marqara’ sərhəd-keçid məntəqəsində və Şirakdakı ‘Axurik’ keçid məntəqəsində körpülər inşa olunmalıdır”, – deyə Paşinyan vurğulayıb.
O, həmçinin bu ərazilərdə və Naxçıvanla sərhəddə yerləşən Yerasx bölgəsində gömrük və sərhəd terminallarının qurulmasının vacibliyini dilə gətirib. Baş nazir İcevan-Qazax istiqamətində də yeni infrastruktur həllərinin mümkünlüyünü istisna etməyib./unikal
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












