Erməni zabit davada bıçaqlanaraq öldürüldü

Ermənistanda Vazgen Sarkisyan adına Hərbi Universitetin yaxınlığında müdafiə nazirliyinin zabitləri ilə mülki şəxslər arasında baş verən bıçaqlanma nəticəsində zabit ölüb.
Bu barədə Ermənistanın yerli mediası məlumat yayıb.
Bildirilib ki, borcun qaytarılması tələbi ilə bağlı tərəflər arasında mübahisə düşüb. Qarşıdurmada 5-i hərbçi olmaqla, 8 nəfər iştirak edib. Söhbət zamanı borclu olan mülki şəxs hərbçilərin ünvanına təhqiramiz ifadələr işlədib. Bundan sonra o, özü ilə gətirdiyi bıçaqla müdafiə nazirliyinin zabitləri - baş leytenantlar Gevorq Marqaryan və David Sayadyana ağır bədən xəsarətləri yetirib. Təcili yardım maşını onları tibb mərkəzinə çatdırıb. Sonuncunun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin uyğun maddələri üzrə cinayət işi başlanıb. Hadisənin baş vermə şəraiti tam aydınlaşdırılması üçün ilkin araşdırma aparılır. Nazirliyin mətbuat katibi Aram Torosyan hərbi qulluqçularla bağlı təfərrüatları açıqlamaq istəməyib. (oxu.az)
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO












