Etibar Pirverdiyev 106 milyonluq tenderə qatılıb?

Rumıniyanın “Hidroelectrica” dövlət şirkəti 1982-ci ildə istismara verilmiş “Bredişor” Su Elektrik Stansiyasının (SES) genişmiqyaslı modernləşdirilməsi üçün tender elan edib.
Avtosfer.az Haqqin.az-a istinadən xəbər verir ki, işlərin həyata keçirilməsi üçün üç əsas namizəd arasında “Azərenerji”nin keçmiş baş direktoru Etibar Pirverdiyevlə əlaqələndirilən “Azenco” şirkətinin də yer aldığı konsorsium var.
Rumıniya mediası layihə üzrə investisiyaların ilkin dəyərinin 106 milyon avro həcmində qiymətləndirildiyini yazıb.
SES-in modernləşdirilməsi ilə bağlı ilk tender 2022-ci ildə elan olunmuşdu. Həmin vaxt layihənin dəyəri 36 milyon avro olaraq qiymətləndirilsə də, bu məbləğə bərpa işlərini həyata keçirməyə hazır olan podratçı tapılmadığından müsabiqə ləğv edilmişdi. 2023-cü ildə isə Rumıniya şirkəti smetanı yenidən nəzərdən keçirib və məbləği 86 milyon avroya qaldırıb. Lakin bu məbləğ də icraçıların marağına səbəb olmayıb. 2024-cü ilin payızında üçüncü tender elan edilib və burada layihənin dəyəri artıq 106 milyon avronu ötüb.
Modernləşdirilmə işləri çərçivəsində “Bredişor” SES-in istismar müddətinin azı 30 il uzadılması planlaşdırılır.
Qeyd olunub ki, tenderdə iştirakla bağlı üç müraciət daxil olub. Onlardan biri İsrailin nəhəng mühəndislik şirkəti “Baran group”un tərkibinə daxil olan “Baran Israel Ltd” şirkətinin rəhbərlik etdiyi konsorsiumdur. İkinci təklif Rumıniyanın “Electromontaj” assosiasiyası və Xorvatiyanın “Koncar Electrical Industry” şirkətindən daxil olub.
Üçüncü müraciət edən isə Rumıniyanın “Best Achiziții SRL” konsaltinq şirkəti tərəfindən yaradılan konsorsium və Azərbaycanın tikinti şirkəti “Azenco” olub.
Bu təklifdə subpodratçı olaraq isə Ukraynanın “Ukrainian Energy Machines” şirkəti, “Ukrhydroproject” layihə təşkilatı, Türkiyənin “Balikesir Elektromekanik” transformator istehsalçı şirkəti, eləcə də Rumıniyanın “SSG Fire & Rescue”, “Metabet CF” və “Forest Electro Grup 2002” şirkətləri göstərilib.
Bildirilib ki, Etibar Pirverdiyev “Azərenerji”yə rəhbərlik etdiyi dövrdə “Azenco” şirkəti Azərbaycanda nəhəng enerji infrastrukturu layihələrinin həyata keçirilməsində, həmçinin dövlət büdcəsindən maliyyələşən digər işlərdə fəal iştirak edib. Burada söhbət elektrik stansiyalarının, hidrotexniki qurğuların və digər obyektlərin inşasından gedir. Bundan əlavə, “Azenco” Bakıda yaşayış komplekslərinin inşası üzrə layihələr icra edib.
Qeyd olunub ki, lakin 2018-ci ildə E.Pirverdiyev vəzifəsindən uzaqlaşdırıldıqdan sonra “Azenco”ya daxil olan büdcə vəsaitlərinin həcmi əhəmiyyətli dərəcədə azalıb. Bununla yanaşı, şirkətin maliyyə göstəriciləri sabit qaydada enmə nümayiş etdirsə də, mənfəətlə işləməyə davam edir.
Belə ki, 2024-cü ilin nəticələrinə əsasən, “Azenco”nun xalis gəliri 1 milyon 850 min manat təşkil edib, 2023-cü ildə isə bu göstərici 3 milyon 530 min manata çatıb.
Baş nazir azad edilmiş ərazilərlə bağlı qərar imzaladı
Yeni fond yaradılacaq - Prezident təsdiqlədi
Prezident bu QANUNU TƏSDİQLƏDİ
Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO
İlham Əliyev Fərman İmzaladı
Bakı-Tbilisi dəmiryolu marşrutu üzrə gündüz reysi açılacaq?
Gürcüstana qatarla səyahət 40 manat oldu - Yerlərin sayı artırıldı - FOTOLAR
İlham Əliyev ona Agentlikdə yüksək vəzifə verdi - SƏRƏNCAM - FOTO
Prezident vacib fərman imzaladı










