Etibarnamə ilə maşın sürənlərin nəzərinə; axırı belə olur - VİDEO

Etibarnamə ilə avtomobil idarə edənlər diqqətli olsun. Hər an avtomobilə qoyulmuş həbs və ya ödənilməmiş cərimələri avtomobilin əsl sahibinə yox, sizə ödətdirə bilərlər. Bəs, belə hallarla rastlaşmamaq üçün nə etmək lazımdır? Sualımıza ekspertlər cavab verib.
Zərərçəkmiş Pərvin Nəsirov avtomobili cərimə meydançasından çıxarmaq üçün 700 manata yaxın pul ödəyib.
Vətəndaşlar avtomobil aldıqdan sonra qeydiyyata sərf ediləcək vaxta və məbləğə qənaət niyəti ilə etibarnamə üsulunu seçirlər. Amma bu, bəzən xoşagəlməz hallara səbəb olur. Pərvin Nəsirovun aqibəti kimi.
Ekspertlər bildirir ki, belə halla üzləşən sürücü avtomobilin sahibini tapa bilmirsə və cəriməni ödəməkdən imtina edirsə onu mütləq məhkəməyə verməlidir. Məhkəmə qərarı ilə, ödənilməmiş cərimələrin tarixi və etibarnamənin verilmə tarixinə baxılır. Əgər həqiqətən də cərimələr ikinci şəxsdən əvvəl olubsa avtomobilin ilk sahibi tərəfindən cərimə ödənilməlidir. Məhkəmə prosessi bəzən uzandığından aylarla və yaxud da illərlə avtomobilsiz qalma ehtimalıda böyükdür.
Ümumiyyətlə, etibarnamə ilə avtomobil idarə etmək təhlükəlidir. Məsələn avtomobilin əsl sahibi dünyasını dəyişərsə etibarnamə avtomatik ləğv olunur və əmlak hüququ onun varislərinə keçir. Ekspertlər etibarnamə ilə avtomobil alanlara diqqətli olmağı tövsiyə edirlər.
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək












