Ev sahiblərinə kütləvi cərimə?

Əmlak və torpaq vergisini ödəməyən şəxslərin borclarının üzərinə dəbbə pulu gələcək.
Ödəməyən şəxslərdən isə həmin məbləğ məhkəmə qaydasında tələb ediləcək.
Avtosfer.az xəbər verir ki, bu barədə Bələdiyyələrin Onlayn Xidmət Mərkəzinin direktoru Adil Əhmədov məlumat verib. Bələdiyyələr artıq real rejimdə ərazilərindəki vətəndaşların vergilərinin hesablanmasını həyata keçirirlər.
Vergi qanunvericiliyinə əsasən, vətəndaş ona bildirişdə göstərilən vergi borcunu ödəməlidir. Yeni qaydaya əsasən, vergi borcunu ödəməyən şəxslərin məsələləri bələdiyyələr tərəfindən ərazi üzrə icra probasiya şöbələrinə təqdim edilir və ödəniş məhkəmə yolu ilə alınır.
Maraqlıdır, bu qərardan sonra kütləvi cərimələnmə başlayacaq?
Məsələ ilə bağlı əmlak eksperti Elnur Azadov açıqlamasında deyib ki, bələdiyyələr tərəfindən əmlak vergisi toplanması hər zaman gündəmdədir:

“Hər il bələdiyyə vergisi ödəməyən sakinlərin sayı çoxalır. Buna müxtəlif səbəblər olsa da, əsas səbəb vətəndaşların qanunları bilməməsi və ya biganə qalmasıdır. Hətta deyə bilərik ki, vətəndaşlar bələdiyyələri saymırlar. Bunun da günahkarı elə məhz bələdiyyələrin özləridir. Çünki bələdiyyələr vətəndaşlara lazımi səviyyədə xidmət göstərmirlər. Heç vətəndaşlar bilmirlər ki, bələdiyyə nə üçün lazımdır?
O səbəbdən vətəndaşlar bələdiyyələrə hər hanısa vergi ödəməkdə maraqlı deyillər”.
Ekspert vurğulayıb ki, yerli icra nümayəndələrinin gücü bələdiyyələrdən daha artıqdır:
“Bir çox kənd və qəsəbə sakinlərindən münasibət öyrənsəniz, deyəcəklər ki, bələdiyyələr torpaq satmaqla və məişət tullantıları pulu yığmaqla məşğuldular. O səbəbdən vətəndaşların bələdiyyələrə qarşı birmənalı mövqeyi yoxdur”.
O qeyd edib ki, bələdiyyələr tərəfindən alınan vergilər vətəndaşların rifahına xərclənməlidir:
“Bələdiyyələr tərəfindən görülən işlər mütamadi olaraq sosial şəbəkələrdə paylaşılaraq təqdim edilməlidir. Göstərilməlidir ki, bələdiyyələr tərifindən alınan vergilər şəxsi ciblərə deyil, sakinlərin rifahına və yaşayışına xərclənir. Bu istiqamətdə təbliğat aparılarsa, insanlara bələdiyyələrə narazılıqları azalar və inanm artar”.
(cebhe.info)
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












