Evakuator apardığı maşını sürüdü - Sürücü ziyana düşdü - VİDEO

''Dayanma və durma'' qaydasını pozan sürücünün avtomobilini aparan evakuator maşına xeyli ziyan vurub. Bunu avtomobilin sahibi iddia edir. Hadisə ötən gün paytaxtın Yasamal rayonu ''20-Yanvar'' dairəsi yaxınlığında baş verib. Sabirabad sakini Fuad Şirzadovun sözlərinə görə, elə həmin gün xəstə atasını Bakıya xəstəxanaya gətiribmiş. Sürücüyə ətrafdakılar bildiriblər ki, yol polisləri onun avtomobilini cərimə meydançasına aparıblar. Sürücü elə həmin vaxt da cərimə meydançasına gedərək pozduğu qaydanın cəriməsini ödəyərək avtomobilini çıxarıb. İndi Fuad Şirzadov iddia edir ki, evakuator sürücüsü ona 100 manat civarında ziyan vurub.
Yol hərəkəti üzrə ekpert Ərşad Hüseynovun sözlərinə görə, evakuator sürücüsü təhlükəsizlik qaydasına əməl etməyərək daşıdığı avtomobilə ziyan vurubsa polislər hadisə yerinə çağırılmaqla dəymiş ziyan qiymətləndirilməlidir.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












