"Əyləcdəki problemə görə avtomobili başqasının adına keçirtmirlər" – BDYPİ-dən AÇIQLAMA

Bakı şəhər Səbail rayon sakini Nadir İbrahimov Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan idarəsində alqı-satqı zamanı nəqliyyat vasitəsinin qeydiyyata alınması prosesində ona qarşı qanunsuz addım atıldığını iddia edir.
Avtosfer.az xəbər verir ki bu barədə Yeniavaz.com-a danışan N.İbrahmov bildirib ki, avtomobilin arxa əyləcindəki nasazlığa görə satın aldığı avtomobilin təkrar qeydiyyata salınmasından imtina edilib:
“Ötən gün avtomobil alqı-satqısı üçün Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan idarəsinə getdim. Avtomobili texniki baxışdan keçirdilər və yazdılar ki, arxa əyləcin saxlama qabiliyyətinin faizi aşağıdır. Mən bildirdim ki, buna ehtiyac yoxdur, avtomobilin texniki baxışı yanvar ayında olub. Qanuni rüsumu ödəyib, idarədəki 7-ci otağa keçdik. Həmin otaqda Rövşən adlı polkovnik-leytenant oturmuşdu. Səbail rayonu üzrə həyata keçirilən alqı-satqılara o nəzarət edir. Avtomobili satan şəxs sənədi imzaladı. Polkovnik-leytenant mənə dedi ki, avtomobilin əyləcində problem var, get, düzəltdir, gəl. Mən də bildirdim ki, əvvəla əyləc yararsız vəziyyətdə deyil, ikincisi mən avtomobili texniki baxışdan keçirmişəm. Sənədi qaytardı, dedi, qeydiyyata salmıram, get”.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətə əlaqələr şöbəsinin rəisi polkovnik-leytenant Namidan Piriyev açıqlama verib. O bildirib ki, sözügedən hal Nazirlər Kabinetinin 39 saylı qərarı ilə tənzimlənir:
“Qeydiyyat zamanı nəqliyyat vasitəsinin müayinəsi olur. Nəqliyyat vasitəsinin müayinəsi zamanı da tormoz sistemində nasazlıq aşkarlanıb. Avtomobil həmin vəziyyətdə yolda da saxlanılsa da, nəqliyyatdan kənarlaşdırılmalıdır. O vəziyyətdə nəqliyyat vasitəsini idarə etmək olmaz. Həmçinin, bu qeydiyyatdan imtinaya əsas verən nasazlıqlardan biridir. Nəqliyyat vasitəsinin tormoz sistemində və sükan idarə mexanizmində hər hansı nasazlıq olarsa, həmin nasazlıqlar aradan qaldırılmalı və daha sonra nəqliyyat vasitəsi qeydiyyatdan keçirilməlidir. Bu, Nazirlər Kabinetinin 39 nömrəli qərarı ilə tənzimlənir”.
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT












