F16-ları nüvə daşıyıcısı kimi qəbul edəcəyik

Rusiya F-16 təyyarələrinin Ukraynada peyda olmasını onların modifikasiyasından asılı olmayaraq nüvə silahının daşıyıcıları kimi qəbul edəcək. APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
"Yaxın vaxtlarda Amerika istehsalı olan çoxfunksiyalı F-16 təyyarələrinin Ukrayna hərbi əməliyyatlar teatrında görünəcəyi gözlənilir. Rusiya tərəfinin dəfələrlə qeyd etdiyi kimi, biz bu təyyarələrin ikili təchizatlı platformalara - qeyri-nüvə və nüvə platformalarına aid olmasını gözardı edə bilmərik. Uzun illərdir ki, bu tip təyyarələr NATO-nun "birgə nüvə missiyaları"nda istifadə olunan təyyarə parkının əsasını təşkil edirdi. Bu təyyarələrin hansı spesifik modifikasiya ilə təchiz olunacağından asılı olmayaraq, biz onları nüvə silahı daşıyıcıları kimi qəbul edəcəyik və ABŞ və NATO-nun bu addımını məqsədyönlü təxribat kimi qiymətləndirəcəyik", deyə Rusiya xarici siyasət idarəsinin Rusiya Silahlı Qüvvələrinin Cənub hərb dairəsində taktiki nüvə silahı təlimlərinə hazırlıqla bağlı yaydığı bəyanatda qeyd olunub.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












