Fazil Mustafa: “AzTV peşəkarlığını göstərdi”

"Bu gün Zəfər bayramının televiziyalarımız tərəfindən işıqlandırılması təqdirəlayiq idi".
Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa deyib.
"Dövlət kanalı kimi tanınan AzTv-nin Qənimətlər Parkından, eləcə də Zəfər yürüşündən və Şuşadan fraqmentləri xüsusi peşəkarlıqla hazırlanmışdı.
"Real" TV də özəl kanal kimi həm şəhidlərimiz barədə fərdi tanıtımlar və çox yaxşı məlumatlandırıcı proqramlar təqdim etdi.
"Space" kanalında da şəhidlərimizin qəhrəmanlığı rəngarəng formada təqdim olundu.
ATV, "Xəzər", ARB, "CBC Azərbaycan", "Mədəniyyət" kanallarının əməkdaşları da peşəkarlıqla Zəfər Bayramının dəyərini insanlarımıza çatdırdılar.
Bütün zəhməti olan televiziya jurnalistlərinə, bu televiziyaların idarəçilərinə göstərdikləri fədakarlığa görə təşəkkür düşür".
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu











