Fevralda maksimal temperatur 27 dərəcə oldu

2026-cı ilin fevral ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 24 gün normadan yuxarı (0–15 dərəcə), 3 gün normadan aşağı (0–4 dərəcə), 1 gün isə norma daxilində olub.
Bu barədə Avtosfer.az-a Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
O qeyd edib ki, orta aylıq temperatur 8 dərəcə isti olub ki, bu da iqlim normasından 4 dərəcə yuxarıdır: "Bakı və Abşeron yarımadasında fevral ayında maksimal temperatur fevralın 14-də 26 dərəcə isti, bölgələrdə isə (Beyləqan, Kürdəmir) fevralın 18-də 27 dərəcə isti qeydə alınıb. Havanın minimal temperaturu Bakı və Abşeron yarımadasında fevralın 5-də 1 dərəcə şaxta (Bakı), yüksək dağlıq ərazilərdə isə həmin gün 14 dərəcəyədək şaxta (Şahdağ) qeydə alınıb".
Rəis vurğulayıb ki, fevral ayının bəzi günlərində hava şəraiti fasilələrlə yağıntılı olub, ayrı-ayrı yerlərdə sulu qar, qar yağıb: "Bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Ümumilikdə bölgələr üzrə 24 gün yağıntılı hava şəraiti qeydə alınıb. Ən çox yağıntı aylıq normanın 125 faizi olmaqla Lənkəran–Astara zonasına (Astara – 119 mm) və aylıq normanın 303 faizi olmaqla Qarabağ zonasına (Tərtər – 62 mm) düşüb. Yağan qar nəticəsində qar örtüyünün maksimal hündürlüyü Şahbuzda 54 sm olub".
N.Mahmudov bildirib ki, fevral ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı 12 sarı və narıncı xəbərdarlıq verilib. Bakı və Abşeron yarımadasında 17 gün, bölgələrdə isə 23 gün küləkli hava şəraiti müşahidə olunub.
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












