FHN Bakıda intihara cəhdlə bağlı məlumat yayıb

2 oktyabr 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 23 ünvanında yerləşən yataqxana binasının damında intihara cəhdlə bağlı məlumat daxil olub.
Avtosfer.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) xilasediciləri cəlb edilib.
Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, bir qrup yataqxana sakini yaşadıqları binanın damına çıxaraq intihara cəhd edirlər.
Yaranmış mürəkkəb vəziyyəti operativ təhlil edərək psixoloji söhbət üçün müvafiq taktika seçən xilasedicilərin səyi nəticəsində intihara cəhd nümayiş etdirən şəxsləri fikirlərindən daşındırmaq mümkün olub və onlar XRXX-nin xilasediciləri tərəfindən təhlükəsiz qaydada binanın damından endiriliblər.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












