FHN-dən əhaliyə yanğınlarla bağlı ÇAĞIRIŞ

Yanğın görən vətəndaş dərhal bu barədə FHN-nin qaynar xəttinə vaxt itirmədən məlumat verməlidir.
Avtosfer.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi Elnur Babayev “Facebook”da yayımlanan “Ekspert saatı”nda çıxışı zamanı məlumat verib. O bildirib ki, vətəndaş özünə xələl vermədən yanğının genişlənməsinin qarşısını ala biləcəyini düşünürsə, müdaxilə edə bilər: “Söhbət yanğın ilkin mərhələdədirsə, müdaxilədən gedir. Miqyası nəzərə almaq lazımdır. Adi tüstü belə insanın boğulmasına, zəhərlənməsinə, hətta həyatını itirməsinə səbəb ola bilər. Lakin bütün hallarda təhlükəsizlik önəmlidir. Odur ki, vaxt itirmədən yanğın baş verən ərazi barədə dəqiq ünvan, koordinatları Fövqəladə Hallar Nazirliyinin “102” qaynar xəttinə məlumat verməsi vacibdir”. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəis müavini Mohuma Heraçiyev isə qeyd edib ki, bəzən insanlar yanğının söndüyünü zənn edir, lakin bu ehtimal sonra daha böyük yanğına səbəb ola bilər: “Yanğının ocaqları olur. Bu ocaqlara aidiyyəti üzrə tam söndüyündən əmin olmaq lazımdır. Çünki ilkin baxışda söndüyü zənn edilən ocaqlar yenidən yanğın başlamasına səbəb ola bilər. Bəzən yanğın söndürülən ərazidə yanğın ocaqları çox olduğunda bir sutkaya qədər ərazidə növbətçi qoyulur. Odur ki, məsələ ilə bağlı FHN-in Dövlət Yanğından Mühafizə İdarəsinə məlumat verilməsi daha məqbul hesab edilir”.
Binəqədi şosesində hərəkətin təşkili dəyişdirilir - VİDEO
Sürücülərin NƏZƏRİNƏ: "Şamaxinka"da yol BAĞLANIR
Yeni dərs ilində yollarda vəziyyət necə olacaq? - VİDEO
Kamil Zeynallı Tailandda döyüldü - VİDEO
Bakıda bu rayonda 15 bina SÖKÜLƏCƏK
Azər Mursaqulov əmr İMZALADI
Basqalda baş verən sürüşmə ərazini tanımayanlara qəza riski yaratdı - VİDEO
Bakıda mal əti bahalaşdı: Səbəblər AÇIQLANDI
Həzi Aslanovda tikinti işlərinə etiraz: “Binanın altı qazılır” - VİDEO
MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş
Toy menyuları bahalaşıb: Qiymətlər 400 manata çatır










