FHN-in xəstəxanasında müğənninin atası soyuldu - VİDEO

Müğənni Nicat Məhərrəmov atasının koronavirusa yoluxduğunu və hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) modul tipli xəstəxanasına yerləşdirildiyini bildirib.
Avtosfer.az xəbər verir ki, sənətçi atasının xəstəxanada üzərində olan pullarının, bank kartlarının və ev açarlarının oğurlandığını iddia edib.
O, FHN-ə müraciət etdiyini, ancaq şikayətinə baxılmadığını bildirib:
“Atam insult keçirib, hospitalda yatırdı. Sonra koronavirusa yoluxduğu üçün sentyabrın 21-də Fövqəladə Hallar Nazirliyinin modul tipli xəstəxanasına yerləşdirdik. Təəssüf ki, sentyabrın 23-də atamın üzərində olan pul, ev açarları, sənədlər və bank kartları yoxa çıxıb. Həmin xəstəxana “qırmızı zona” olduğu üçün, heç bir xəstə yaxını girə bilmir. Bunu ya həkim, ya xadimələr, ya da başqa işçilər edib. Xəstəxanada özbaşınalıq olub. Şikayət etmişəm, amma hələ də deyirlər ki, araşdırma gedir. Atam 41 il hüquq-mühafizə orqanlarının işçisi olub. Belə özbaşınalıq, vicdansızlıq olmaz ki, xəstə cibindən əşyaları götürülsün”.
Oxu.Az
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












