FHN mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Gədəbəy rayonunda «Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş ərazi Mülki müdafiə qüvvələrinin xəbərdarlıq toplanışı siqnalı üzrə fəaliyyəti» mövzusunda Mülki müdafiə məşqi keçirilib.
Bu barədə Avtosfer.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, məşqin keçirilməsində əsas məqsəd fövqəladə hadisələr zamanı qarşıda duran vəzifələrin yerinə yetirilməsi zamanı Mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış üzrə hazırlıq səviyyəsinin, rabitə və xəbərdarlıq sisteminin vəziyyətinin yoxlanılması, həmçinin fövqəladə hadisələrin nəticələrini aradan qaldırarkən qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili məqsədilə Mülki müdafiə qüvvələrinin xəbərdarlıq sxemi üzrə toplanış müddətinin müəyyənləşdirilməsi olub.
Məşqin keçirilmə planına uyğun olaraq, məşqin gedişi zamanı ərazi qüvvələrinin sıra baxışı keçirilmiş, şəxsi heyətin siyahısı, ştat cədvəlinə uyğun texnika və avadanlıqların varlığı, işlək vəziyyətdə olması yoxlanılmış, istifadə qaydaları nümayış etdirilmiş, fövqəladə hadisələr zamanı xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması ardıcıllığı dəqiqləşdirilmiş, funksional vəzifələr dinlənilib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












