FHN-nin dəstə rəisi işdən niyə çıxarılıb? - İDDİA

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin dəstə rəisi Toğrul Məmmədov işdən çıxarılıb.
Qaynarinfo.az-ın məlumatına görə, onun işdən çıxarılmasına səbəb kimi rəhbərliklə aqressiv davranış, geyim formasını pozması, şəxsi avtomobilini deponun qarşısında saxlamaqla yanğınsöndürən maşınların giriş-çıxışına mane olması göstərilib.
Toğrul Məmmədov isə bu ittihamlarla razılaşmayaraq məhkəməyə müraciət edib. O, Bakı İnzibati Məhkəməsində FHN-ə qarşı işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlı iddia qaldırıb. İşə hakim Bəhlul Cəlalovun sədrliyi ilə baxılıb.
Məhkəmə prosesində də Torğul Məmmədovun işdən çıxarılması kimi yuxarıda qeyd etdiklərimiz göstərilib. İddiaçı isə deyilənlərin əsassız olduğunu bildirib.
Bununla belə, Toğrul Məmmədovun iddiasını təmin edilməyib. Lakin onun geri çəkilmək niyyətində olmadığını, qərardan apellyasiya şikayəti verəcəyi bildirilir.
Bayram günləri olduğundan məsələ ilə bağlı FHN-dən mövqe öyrənmək mümkün olmayıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












