Finlandiya Aİ sanksiyaları səbəbindən 900-ə yaxın Rusiya yük vaqonunu həbs edib

Finlandiya Avropa İttifaqının sanksiyaları nəticəsində Rusiya şirkətlərinə məxsus 900-ə yaxın yük vaqonunu bloklayıb.
Bunu Finlandiyanın dövlət dəmiryolu operatoru VR-in məlumatları və “Reuters”in əldə etdiyi Rusiya Dəmir Yollarının məktubu sübut edir.
Rusiya Dəmir Yollarının Nəqliyyat Nazirliyinə ünvanladığı 6 iyun tarixli məktuba əsasən, aprel ayında Aİ Rusiya kömürünün tədarükünə qarşı sanksiyalar tətbiq etdikdən sonra VR operatorunun Rusiya ilə dəmiryolu əlaqələrinin azaldılması ilə bağlı gördüyü tədbirlər çərçivəsində Rusiyadan gələn 865 vaqon məhkəmə icraçıları tərəfindən həbs edilib.
Finlandiyalı məhkəmə icraçılarının “Reuters”ə bildirdiklərinə görə, onlar Aİ sanksiyalarına uyğun olaraq nəqliyyat firmaları da daxil olmaqla, Rusiya və Belarusa məxsus onlarla fiziki və hüquqi şəxsin ən azı 82 milyon avro dəyərində aktivlərini dondurublar.
VR sözçüsü Tayna Kaytunen e-poçt vasitəsilə təsdiqləyib ki, hazırda Finlandiyada təxminən 800 sanksiya altında olan (yük) vaqonu var.
Mənbə: Yevropeyskaya pravda
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir












