Paşinyan adi reyslə Parisə uçdu - VİDEO

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransaya ikigünlük işgüzar səfərə yola düşüb.
Avtosfer.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə hökumət başçısının mətbuat katibi Melaniya Arutyunyan məlumat yayıb.
“Baş nazir Parisdə Beynəlxalq Kosmik Sammitdə iştirak edəcək. Səfər çərçivəsində həmçinin Fransa Prezidenti Emmanuel Makronla görüş planlaşdırılıb”, - o deyib.
Paşinyanın Fransaya prezident təyyarəsi ilə deyil, adi reyslə yola düşdüyü bildirilir.
Qeyd edək ki, Ermənistan Baş nazirinin Fransaya son səfəri bu ilin mart ayında baş tutub.
Beynəlxalq Kosmik Sammit sentyabrın 9-10-u Parisdə Qran-Pale sərgi mərkəzində keçiriləcək. Tədbirdə 120-dən çox ölkədən nümayəndə heyətlərinin, o cümlədən dövlət və hökumət başçılarının, kosmik agentliklərin nümayəndələrinin, alimlərin və hərbçilərin iştirakı gözlənilir.
Bu dövlət qurumunda 130 nəfər ixtisara düşdü - Baş nazirdən QƏRAR
Gecə də baha, gündüz də! - Bakıda taksi qiymətləri niyə gün boyu YÜKSƏKDİR? - FOTO
"Şir heykəli" ərazisində köhnə asfalt yenisi ilə nə vaxt əvəzlənəcək? - VİDEO
Pensiyalarla bağlı ŞAD XƏBƏR: Bu qədər artım olacaq - Nazirlikdən AÇIQLAMA
Bayılda binanın fasadı qopdu - VİDEO
90 min yox, 180 min manat - Kompensasiya ilə bağlı YENİ TƏKLİF
Əsas yolda təhlükəli vəziyyət: Oyuncaq maşınla yola çıxdı - VİDEO
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı











