Dövlət şirkətinə yeni vəzifələr TAPŞIRILDI - SƏRƏNCAM

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Cəbrayıl düzənliyinin (Zəngilan, Cəbrayıl və Füzuli rayonları ərazisi) yeraltı su yataqlarının təftişi və qiymətləndirilməsi işləri aparılacaq.
Avtosfer.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020 – 2024-cü illər üçün Dövlət Proqramı”na edilən dəyişiklikdə öz əksini tapıb. 2021-2023-cü illərdə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının ərazilərinin aerokosmik fotoşəkillərinin alınması və təhlilini təmin etməklə yanaşı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 2021-2024-cü illərdə Füzuli, Cəbrayıl və Ağdam rayonları ərazisinin geoekoloji, geokimyəvi və radiasiya şəraitinin öyrənilməsi tapşırılıb. Bundan başqa Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 2021-2024-cü illərdə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının ərazilərində qeyri-filizlərlə bağlı axtarış-qiymətləndirmə işlərinin aparılması həvalə olunub. Nazirlik bu dövrdə Laçın rayonu ərazisində mineral gübrə xammalları ilə bağlı perspektivli sahələrdə axtarış və qiymətləndirmə işlərinin aparılmasını təmin etməlidir.
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ












