Füzulidə narkotik satan şəxslər saxlanıldı - FOTO

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər tutulub.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş məlumatlar əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Əhmədalılar kənd sakini Vadim Səmədov və Aşağı Kürdmahmudlu kənd sakini Mircəfər Rüstəmov saxlanılıblar. V.Səmədovun üzərinə və yaşadığı evə baxış keçirilən zaman sellofan torbada və kağız bükümlərdə qablaşdırılmış marixuana, M.Rüstəmovun üzərindən isə kibrit qutularında qablaşdırılmış narixuana aşkar edilərək götürülüb. Onların satış məqsədi ilə narkotik vasitə olan marixuananı əldə etdiyi müəyyən edilib.
Qeyd edilən faktlarla bağlı Füzuli Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı














