«Galendewagen»lə hoqqabazlıq edən sürücüyə baxın - VİDEO

«Mənim maşınım bahadır, yol verəcəklər» düşüncəsi ilə yaşamayın. Bir gün elə vuracaqlar ki, təkərlərin göydə qalacaq. «Mersedes - Galendewagen» markalı, 10 MM 455 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün yolayrıcını keçmə qaydalarından yəqin ki, xəbəri yoxdur. Yəqin o bilmir ki, belə yolayrıcında sağdan hərəkət edən nəqliyyat vasitəsinə yol vermək lazımdır. Çünki o, üstünlük daşıyır. Amma bu avtomobilin sürücüsü görün nə edir. Dönmə əməliyyatı aparır və dönür. Özü də gözləyir ki, sağdan gələn maşın bir az da yaxınlaşsın. Sanki acıq verir ki, mən beləyəm. Maşın ona yaxınlaşanda qəflətən hərəkətə başlayır və qəza şəraiti yaradaraq dönür. Elə bu videonu da Avtosfer.az-a «Galendewagen» sürücüsünün qəza şəraiti yaratdığı avtomobilin sürücüsü göndərib. Həmin sürücü bunları yazıb: «Bu səviyyəsizlərin bu qədər qudurğan olmalarının səbəbi, onların cəzalandırılmamasıdır. Elə düşünürlər ki, onlar necə istədi elə də olmalıdır. Amma yanılırlar. Çünki onun ortasından vuranda heç kim və heç nə, əgər pulu varsa belə, ona kömək edə bilmeyəcək. Belələri gec-tez öz cəzalarını alırlar».
Cavid
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI












