Gələn ilin büdcəsində neftin qiyməti neçə dollardan götürüləcək? - Komitə sədrindən AÇIQLAMA

Son vaxtlar dünya bazarında neftin qiymətində ciddi artım baş verməkdədir. Azərbaycanın “Azeri Light” markalı neftin bir barelinin qiyməti də hazırda 88 ABŞ dolları təşkil edir.
Qeyd edək ki, Azərbaycanın 2021-ci ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 40 dollardan götürülüb. Bəs görəsən, neftin bahalaşması fonunda, gələn ilin dövlət büdcəsində neftin qiyməti neçə dollardan hesablanacaq?
Bu barədə Redaktor.az-ın sualını cavablandıran Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri, deputat Tahir Mirkişili bildirib ki, 2022-ci ilin dövlət büdcəsi zərfi artıq Milli Məclisə təqdim olunub.
"Bu məsələ ilə bağlı komitə iclası keçiriləcək. Komitə iclasından sonra ictimaiyyətə bu barədə informasiya veriləcək. Hələlik erkən proqnoz vermək olmur. Müzakirələr və dinləmələr aparıldıqdan sonra geniş təhlillər aparılacaq. Prosedur qaydaları keçdikdən sonra komitə iclası işə başlayacaq”.
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan












