Gəmidə yanğın zamanı 60-dan çox miqrant həlak olub

Liviyadan Aralıq dənizi vasitəsilə Avropaya doğru hərəkət etmiş gəmidə baş vermiş yanğın nəticəsində 60 nəfərdən çox qanunsuz miqrant həlak olub.
Report-un məlumatına görə, bu barədə “Al-Arabiya” telekanalı bildirib.
Məlumata görə, faciə martın 18-də Liviya sahilləri yaxınlığında 100-dən çox insanı aparan taxta gəmidə mühərrikin yanması nəticəsində baş verib. Alov qısa müddətdə bütün gəmini bürüyüb, miqrantlar suya tullanıblar, lakin onların əksəriyyəti üzə bilməyib.
Sağ qalanların və həlak olanların axtarışları bir neçə gün davam edib, çoxları indiyə qədər itkin düşmüş hesab edilir. Xilas olunanlardan 45-i “SOS Mediterranee” qeyri-hökumət təşkilatının Aralıq dənizində xilasetmə üzrə əməliyyatları həyata keçirən “Ocean Viking” gəmisinə qaldırılıb.
Miqrasiya üzrə Beynəlxalq Təşkilatın (OIM) məlumatına görə, 2020-ci ildə Aralıq dənizini keçmək cəhdləri zamanı 1 200 nəfərdən çox qanunsuz miqrant həlak olub. Bu il 300-dən çox insan Avropaya çatmaq cəhdi zamanı dəniz sularında boğulub.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












