Gəncə sakinlərindən avtomat və narkotik götürülüb - FOTO

Gəncə şəhər sakinlərində silah və narkotik aşkarlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Arif Fərəcov saxlanılıb.
Şübhəli şəxsin yaşadığı evə baxış keçirilən zaman 1 ədəd “Makarov” tipli tapança, həmin tapançaya aid bir ədəd sandıqca və 5 ədəd 9 mm-lik patron aşkar edilərək götürülüb. Aşkar edilən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib.
Baş İdarənin 2-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər sakini İbrahim Fuladi saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman isə 1 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silaha aid 1 ədəd daraq və 25 ədəd 7.62 mm-lik patron aşkar edilərək götürülüb. Həmin silahın hər hansı bir cinayətdə istifadə edilib-edilməməsini müəyyən etmək üçün aidiyyəti ekspertizaya göndərilib.
Bundan başqa, Baş İdarənin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış təbdirləi nəticəsində isə qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən İrakli Feyzullayevdən çəkisi 2 kq-dan çox narkotik vasitə olan “marixuana” aşkar edilib.
Götürülən maddi sübutlar ekspertizaya göndərilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA














