Gəncə və Göygöldə baş verən kütləvi zəhərlənmə hadisələrinin ilkin nəticələri məlum oldu

Gəncə və Göygöldə baş verən kütləvi zəhərlənmə hadisələrinin ilkin nəticələri məlum olub.
Bu barədə Avtosfer.az-a Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Məlumatda qeyd edilib ki, bir neçə gün əvvəl Gəncə şəhərində keçirilən yas mərasimində və Göygöldə fəaliyyət göstərən ictimai iaşə müəssisələrində ("Araz", "Xanlar Yurdu", "Ağ Ayı") baş verən kütləvi zəhərlənmə hadisələri ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarından ibarət mütəxəssis qrupu tərəfindən aidiyyəti qurumların əməkdaşları ilə birgə müvafiq araşdırmalar aparılıb.
"Hadisələrin qida zəhərlənməsi ilə bağlı olmadığı məlum olub. Çoxsaylı insanın sağlamlığına zərər verən hadisələrin məişətdə istifadə edilən suyun ikincili çirklənməsi nəticəsində baş verdiyi müəyyən edilib.
Faktla bağlı aidiyyəti orqanlar tərəfindən araşdırmalar davam etdirilir. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək", - deyə qurumdan verilən məlumatda bildirilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












