Gəncədə avtobuslarda cibgirlik edən şəxslər saxlanılıb - FOTO

Gəncədə cibgirlik və oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sərnişinlərin sıx olduğu vaxtlarda şəhərdaxili avtobuslarda cibgirlik edən, əvvəllər dəfələrlə məhkum olunmuş Sahib Hüseynov tutulub.
Araşdırmalar zamanı həmin şəxsin müxtəlif vaxtlarda vətəndaşların çantasından və cibindən mobil telefon və nağd pul oğurladığı müəyyən edilib. İlkin dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edərək oğurladığı mobil telefonları satdığını bildirib.
İdarə əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki binalardan su mühərriklərini oğurlamaqda şübhəli bilinən Elmir İsmayılov saxlanılıb.
Araşdırmalar zamanı saxlanılan şəxsin müxtəlif vaxtlarda ümumilikdə 5 vətəndaşa məxsus ümumi dəyəri 590 manat olan su mühərriki oğurlaması məlum olub.
Keçirilən digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində 500 manat dəyərində elektrik qurğularını oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Atəş paşayev saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət hadisəsini etiraf edib.
Polis əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində isə oğurluq etməkdə şübhəli bilinən Asim Quliyev saxlanılıb. Araşdırmalar zamanı onun su sayğacı, velosiped və mobil telefon oğurlamaqla vətəndaşlara ümumilikdə 450 manat maddi ziyan vurması müəyyən edilib.
Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.






DİN-in yeni vəzifəsi müəyyənləşib
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
Bu dövlət qurumunda 130 nəfər ixtisara düşdü - Baş nazirdən QƏRAR
Gecə də baha, gündüz də! - Bakıda taksi qiymətləri niyə gün boyu YÜKSƏKDİR? - FOTO
"Şir heykəli" ərazisində köhnə asfalt yenisi ilə nə vaxt əvəzlənəcək? - VİDEO
Pensiyalarla bağlı ŞAD XƏBƏR: Bu qədər artım olacaq - Nazirlikdən AÇIQLAMA
Bayılda binanın fasadı qopdu - VİDEO
90 min yox, 180 min manat - Kompensasiya ilə bağlı YENİ TƏKLİF
Əsas yolda təhlükəli vəziyyət: Oyuncaq maşınla yola çıxdı - VİDEO
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI










