Gəncədə heroin və "patı" satan 5 nəfər tutuldu -FOTO

Gəncədə qanunsuz narkotik satmaqda və saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Baş İdarənin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən, şəhər sakini, əvvəllər məhkum olunmuş Nazim Cəfərov saxlanılaraq Baş Polis İdarəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman külli miqdarda narkotik maddə olan heroin aşkar edilərək götürlüb.
Bundan başqa şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri- Rəfail Abdullayev, Araz Məmədov və Cəfər Mirzəyev saxlanılmış, həmin şəxslərin üzərindən narkotik maddə olan heroin və metamfetamin (patı) aşkar edilərək götürülüb.
Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Şahlar Əsədov saxlanılıb. Polis İdarəsində saxlanılan şəxsin üzərindən narkotik maddə olan heroin aşkar edilərək götürülüb.
Faktlarla bağlı Gəncə şəhər Baş Polsi İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, faktlarla bağlı araşdırmalar davam etdirilir.

AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO
Bakının iki küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ
Saray qəsəbəsində niyə piyadalar üçün zolaqlar yoxdur? - VİDEO
DİN-in yeni vəzifəsi müəyyənləşib
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
Bu dövlət qurumunda 130 nəfər ixtisara düşdü - Baş nazirdən QƏRAR
Gecə də baha, gündüz də! - Bakıda taksi qiymətləri niyə gün boyu YÜKSƏKDİR? - FOTO
"Şir heykəli" ərazisində köhnə asfalt yenisi ilə nə vaxt əvəzlənəcək? - VİDEO
Pensiyalarla bağlı ŞAD XƏBƏR: Bu qədər artım olacaq - Nazirlikdən AÇIQLAMA










