Gəncədə qeyri-adi velosipedçi - FOTO

Həvəskar velosipedçi Şahin Məmmədov idmansevərlərin diqqətini cəlb etməkdə davam edir. Ötən il velosipedi üzüarxaya sürməklə yaddaşlarda qalan Ş.Məmmədov ilk dəfə reallaşdırdığı veloyürüşdə 7 km məsafəni qət etmişdi. Gəncə şəhər Baş Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı bu dəfə daha çətin sınaq qarşısındadır. O, indi 348 km məsafəni geridə qoymaq əzmindədir.
Polis çavusu velosipedin oturacaq yerini çıxararaq Gəncə qapılarının yanından start götürməklə Bakıya doğru yola düşüb. Onun hazırkı məqsədi nəqliyyat vasitəsini üzüarxaya sürməklə uzun məsafədə dünya rekordu qırmaqdır.
Qeyd edək ki, 12 yaşından idmanla məşğul olan Ş.Məmmədov dəfərlərlə Daxili İşlər Nazirliyi tərəfindən keçirilən yarışlarda fərqlənib, çoxnövçülükdə Azərbaycan çempionu olub.
Kəpəz TV
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI












