Gəncədə üç yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb

Xəbərlər 17 Sentyabr 2021 00:26
Gəncədə üç yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb
WhatsApp kanalımıza abunə olun

Gəncə şəhərində üç yaşlı qız ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.

“Report”un məlumatına görə, uşaq yaşadığı evdə oynayan zaman valideynlərinin nəzarətindən yayınaraq sobanın üzərində olan və içərisi qaynar suyla dolu çaydanı üzərinə aşırıb.

Yanıq xəsarətləri alan azyaşlı yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.

Ona həkimlər tərəfindən tibbi yardım göstərilib, vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Oxunub : 3196
ŞƏRH YAZ
Ad

E-mail

Şərh