Gəncənin də ictimai nəqliyyatı bərbad haldadır - FOTO

Avtosfer.az xəbər verir ki, moderator.az aprelin 17-də Gəncə şəhər "Şah İsmayıl Xətai" prospekti ilə "Dədə Qorqud" prospektinin kəsişməsində baş vermiş avtoqəzanın görüntülərini oxuculara təqdim edir. Məsələ burasındadır ki, ölkənin ikinci paytaxtındakı ictimai nəqliyyatda günü - gündən insanların əsəblərini tarıma çəkən xaos şəhərin icra başçısı Elmar Vəliyevin də səbr kasasının daşmasına səbəb olub. Heç təsadüfi deyil ki, aprelin 21-də Gəncədə 2015-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş hesabat yığıncağında da Elmar Vəliyev şəhərdəki ictimai nəqliyyatın çeşidli problemlərinə görə həmin sahəyə cavabdeh olanları əməlli-başlı tənbeh edib. İcra başçısı haqlı olaraq bildirib ki, marşrut avtobusları harda gəldi saxlayaraq sərnişinləri mindirib-düşürür, dayanacaqlara daxil olub çıxarkən qaydaları kobud surətdə pozaraq tıxaca səbəb olurlar, işıqforun tələblərinə məhəl qoymurlar.
Gözləmək olar ki, hesabat yığıncağında tənbeh edilən qurum rəhbərləri barədə daha ciddi tədbirlərin görülməsi üçün Nəqliyyat Nazirliyi qarşısında məsələ qaldırılacaq. Çünki bu məsələ bir neçə dəfə gündəmə gəlsə də kəsərli tədbirlərin görülməməsi acınacaqlı vəziyyətin hesabat yığıncaqlarının gündəminə daşınmasına rəvac verib.
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI













