Gənclər öz ciblərindən pul xərcləyib piyada keçidini rənglədi - VİDEO

Sosisal şəbəkələrdə yaradılmış «Azərbaycan naminə» qrupu maraqlı addım atıb. Avtosfer.az-ın məlumatına görə, qrup üzvləri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsindəki Olimpiya stadaionunun qarşısında yerləşən piyada keçidini öz vəsaitləri hesabına rəngləyiblər. Hərəkətin intensiv olduğu bu keçiddən istifadə edənlərin əksəriyyəti şagirdlərdir. Lakin zebra demək olar ki, tamamilə silinib və bu da insanların həyatı üçün təhlükə yaradır. Qrup üzvləri də təxminən 50 manat xərcləyərək 5 litir selulozik boya (tez quruyan) və bir neçə ədəd diyircəkli rəng fırçası (rolik) almaqla gecə vaxtı piyada keçidini rəngləyiblər. Qrup admininin yazdığı fikirləri də oxuculara təqdim edirik: «Məncə, insanlara xidmət üçün çox az məbləğdir. Bu video insanları vətənə məhəbbət bəsləməyə səsləmək üçün çəkilib. Fikir belədir ki, hər kəs öz qapısının qarşısını təmizləsə hər tərəf təmiz qalar. İki gecə yuxusuz qalıb bu videonu ərsəyə gətirdim. Bilirəm, qüsurlar var, amma gərək, bağışlayasınız».
Emin
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












