General Rövşən Əkbərova HÖKM OXUNDU

Qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə müşavirədən sonra hökm elan olunub.
Hökmə əsasən, Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Zərərçəkmiş tərəfin mülki iddiası qismən təmin olunub. R. Əkbərovun zərərçəkmişin hüquqi varisi Fəday Əliyevə 40 min manat məbləğində vəsait ödəməsi barədə qərar qəbul olunub.
Məhkəmə təqsirləndirilən şəxsin hərbi rütbəsi və fəxri adlarının alınmasını zəruri hesab etməyib.
Qeyd edək ki, prokuror Rövşən Əkbərovun Cinayət Məcəlləsinin 12.1, 120.2.2 maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.///Apa
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan












