Gömrük Komitəsinin əməkdaşına hökm oxundu

Qusar Rayon Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında təqsirləndirilən Qafar Dadaşovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Avtosfer.az pravda.az-a istinadən xəbər verir ki, hakim Əli Cəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul şəxs qismində vəzifə tutmaq hüququndan məhrum edilməklə, aylıq qazancından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla ona 2 il islah işləri cəzası təyin olunub. Təqsirləndirilən şəxs təyin edilmiş islah işləri cəzasını iş yeri üzrə çəkəcək.
İttihama görə, Qafar Dadaşov Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyinin Gömrük brokeri və texniki xidmətin göstərilməsi üzrə Bakı şöbəsinin Enerji bölməsinin kompüter operatoru vəzifəsində işləyib. O, Dövlət Gömrük Komitəsinin sədrinin 7 sentyabr 2022-ci il tarixli əmri ilə Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postuna təhkim edilib.
Belə ki, təqsirləndirilən şəxs 19 aprel 2023-cü il tarixdə, saat 09:00-dan 20 aprel 2023-cü il tarixdə saat 09:00-dək olan müddət ərzində Qusar rayonu, Samur qəsəbəsi ərazisində yerləşən "Samur" gömrük postunda xidmət yerində növbədə olarkən 28 ədəd "iPhone" telefon cihazları haqqında bilə-bilə yalan məlumatları elektron formada sistemə daxil edib, vəzifə saxtakarlığı törədib.
İstintaq dövründə onun başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdi.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












