Goranboyda mağazadan oğurluq edən şəxslər saxlanılıblar - FOTO

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluqlar törədən Naftalan şəhər sakinləri saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Naftalan şəhər sakini əvvəllər məhkum olunmuş, Namiq Cavadov və həmyerlisi Sərxan Azər oğlu oktyabr ayının müxtəlif vaxtlarında, qabaqcadan əlbir olaraq, rayonun Qızılhacılı qəsəbəsində 2 mağazaya qeyri-qanuni yolla daxil olaraq hər bir mağazadan ümumi dəyəri 3484 və 3238 manat olan tütün məmulatları və danışıq kartları oğurlayıblar. Bundan başqa saxlanılan şəxslərin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onların rayon ərazisində 3 poçt məntəqəsi və 1 icra nümayəndəliyinin inzibati binasına qeyr-qanuni yolla daxil olaraq oradan müxtəlif kompyuter qurğuları və 100 manat nağd pul oğurlaması məlum olub.
Dindirilmə zamanı onlar törətdikləri oğurluq hadisələrini etiraf edərək oğurladıqları əşyaları müxtəlif yerlərdə satdıqlarını bildiriblər.
Faktla bağlı araşdırma davam etdirilir.
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan












