Görünməz piyada zolaqlarının yaratdığı təhlükə - VİDEO

Bakıda avtomobil yollarında piyada zolaqlarının əksəriyyəti, demək olar ki, görünməz haldadır və ya tamamilə silinib.
Sözügedən problemlə bağlı araşdırma aparan Baku TV-nin əməkdaşları Xətai rayonunda Süleyman Vəzirov, Yasamal rayonunda Əliyar Əliyev küçələrində olublar.
Sakinlər sürücülərin piyada zolaqlarını görmədikləri üçün qəzaların sayının artmasının qaçılmaz olduğunu deyiblər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bildirib ki, yol nişanlanma xətlərinin boyalarının silinməsi və rənginin solması yoldakı hərəkət intensivliyi və meteoroloji amillərin təsiri ilə əlaqədardır.
Bəs asfalt örtüyündəki bu piyada zolaqları hansı parametrlərə uyğun yenilənməlidir?
Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov açıqlamasında qeyd edib ki, ən azı bir ildən sonra həmin xətlər yenidən boyalanmalıdır.
Ekspert vurğulayıb ki, yollara çəkilən boyalarda işıqqaytarıcı xüsusiyyətə, eyni zamanda uzunmüddətli keyfiyyətə malik qatqılardan istifadə edilməlidir.
Daha ətraflı videomaterialda:
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












