Göyçayda ata və oğul həmyerlisini döyərək bıçaqlayıb

Göyçay rayon sakinləri arasında dava bıçaqlanma ilə nəticələnib.
Avtosfer.az-ın APA-nın yerli bürosuna istinadən xəbərinə görə, hadisə rayonun Birinci Ərəbcəbirli kəndində qeydə alınıb. Məlumata görə, kənd sakini 1957-ci il təvəllüdlü Sadiq Sadiqov həmyerlisi - 1966-cı il təvəllüdlü Həmzə Məmmədovu döyüb. Onların arasında baş verən dava zamanı Sadiq Sadiqovun oğlu, 1990-cı il təvəllüdlü Allahverən Sadiqov Həmzə Məmmədova hücum edərək onu bıçaqlayıb. Yaralı təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov da təsdiqləyib. O, APA-nın yerli bürosuna bildirib ki, hadisəni törədən ata və oğul polis əməkdaşları tərəfindən saxlanılaraq izahatı alınıb. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT












