Göyçayda həyətində narkotik plantasiyası salan şəxs tutulub - FOTO

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, rayonun Ləkiçıplaq kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində narkotik tərkibli bitkilərin becərilməsi barədə polis şöbəsinə məlumat daxil olub.Həmin ünvan dərhal əməliyyat nəzarətinə götürülüb və keçirilmiş tədbirlər nəticəsində orada çətənə bitkilərinin kultivasiyası ilə məşğul olan şəxsin əvvəllər də törətdiyi ağır cinayətlərə görə bir neçə dəfə məhkum olunmuş Ürfan Osmanov olduğu müəyyən edilib.
O, şübhəli şəxs qismində saxlanılıb və evinin həyətyanı sahəsindən xüsusi qulluq göstərilməklə yetişdirilən, ümumi çəkisi 10 kiloqrama yaxın olan 166 ədəd çətənə kolu aşkarlanıb. Ü.Osmanov ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl becərdiyini və vaxtaşırı aqrotexniki qulluq göstərdiyini etiraf edib. Məqsədinin isə həm öz istifadəsi, həm də satmaq olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Foto
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ















