Göygöldə qanunsuz it döyüşləri keçirilib - FOTO - YENİLƏNİB

Göygöldə qanunsuz it yarışlarının keçirilməsi ilə bağlı məsələ nəzarətə götürülüb.
DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə bu yarışların Gəncə şəhərində keçirilməsi qeyd olunsa da, yarış Gəncə şəhərində deyil, Göygöl rayonunda keçirilib.
E. Qasımov deyib ki, məsələ ilə bağlı artıq araşdırmalar başlanılıb: “Tezliklə araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".
***
Göygöldə bir qrup şəxs tərəfindən it döyüşləri keçirilib.
Göygölün Lüləli kəndində "it meydanı" adlandırılan ərazidən paylaşılan görüntülərdə keçirilən yarışa yüzlərlə insanın gəldiyi məlum olub.
Pandemiya qaydalarının pozulduğu qanunsuz yarışlara ölkənin müxtəlif bölgələrindən it döyüşdürmək üçün gələn insanlar iştirak edib.
Məlumata görə, yarışların hər ay keçirilməsi planlaşdırılıb.
Qeyd edək ki, dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da heyvan hüquq müdafiəçilərinin səyi sayəsində it döyüşləri qadağan edilib.///apa
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT














