Güclü külək nəticəsində avtomobil yollarında yaranmış problem aradan qaldırıldı - VİDEO

Ötən gün axşam saatlarında Qazax, Ağstafa, Tovuz, Şəmkir, Göygöl, Samux və Goranboy rayonları, həmçinin Gəncə və Mingəçevir şəhərləri ərazisində müşahidə olunan güclü külək ağacların bir-neçə avtomobil yolunun hərəkət hissəsinə aşmasına səbəb olmuşdur.
Avtosfer.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir ki, külək nəticəsində quraşdırılmış yol nişanları və məlumatverici lövhələrin aşması ilə yol təsərrüfatına ciddi ziyan dəyib.
Güclü külək səbəbindən avtomobil yollarında yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal qeyd olunan ərazilərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sözügedən rayonlar üzrə Məhdud Məsuliyyətli Cəmiyyətlərinin xüsusi texnika və canlı qüvvələri səfərbər olunub. Hadisə baş verdiyi andan etibarən görülən təxirəsalınmaz tədbirlər nəticəsində yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












