Gülməli və ağlamalı piyada keçidi – Yenə də Hacıbala Abutalıbov - FOTO

Bakıda Koroğlu Rəhimov küçəsində piyada zolağının yolun yalnız bir tərəfində olması ilə bağlı xəbər vermişdik. Avtosfer.az-ın “qafqazinfo”ya istinadən məlumatına görə, informasiya saytda işıqlandırıldıqdan sonra Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin əməkdaşları həmin ünvana baxış keçiriblər.
“Azəryolservis”in məsələ ilə bağlı verdiyi rəsmi açıqlamanı təqdim edirik: “Həmin ünvanda bundan öncə piyada zolağı olub. Lakin orda Bakı Şəhər İcra hakimiyyəti tərəfindən təmir işləri aparılarkən həmin hissədə piyada zolağının olması məqsədəuyğun hesab edilməyib. Bu üzdən təmirdən sonra zolaq bərpa olunmayıb və müvafiq nişanlar da yığışdırılıb. Bunun əvəzinə 5-6 metr irəlidə, yol ayrıcında yeni piyada zolağı salınıb. Nəqliyyat vasitələrinin geri dönmələri üçün nəzərdə tutulmuş yol hissələrində isə köhnə piyada zolağının bir hissəsi qalıb. Bu isə haqlı olaraq vətəndaşlar arasında çaşqınlığa səbəb olub. Artıq həmin yarımçıq qalmış zolağın silinməsi üçün əməkdaşlarımıza tapşırıq verilib. Gün ərzində bununla bağlı bizim tərəfimizdən müvafiq addımlar atılacaq”.
Xatırladaq ki, hüquqşünas Ərşad Hüseynov da sözügedən piyada zolağının təhlükəli olduğunu vurğulamışdı: “Zolaq ya silinməli, ya da ki hər iki tərəfdə də olmalıdır. Burada biabırçı səhvə yol verilib. Ümumiyyətlə isə, həmin yerdə piyada keçidinin olması təhlükəlidir. Çünki ora yol ayrıcının yaxınlığıdır. Bu qədər zolaq olan yolda piyada keçidinin olmamağı daha məsləhətlidir”.
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək













